...

Bərdədə narkotik vasitələriin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıblar (FOTO)

Hadisə Materials 1 Dekabr 2022 12:14 (UTC +04:00)
Bərdədə narkotik vasitələriin qanunsuz dövriyyəsində şübhəli bilinən  şəxslər saxlanılıblar (FOTO)

Bakı. Trend:

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən təbirlər nəticəsində narkotik vasitələriin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıblar.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Trend-ə verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakinləri, əvvəllər də eyni əmələ görə məhkum olunmuşlar Mustafa Nəsibov və Qurban Nuriyev saxlanılıblar. Onların evinə və üzərinə baxış keçirilən zaman M.Nəsibovdan metamfetamin, marixuana, elektron tərəzi və süngü bıçaq, Q.Nuriyevdən isə metamfetamin aşkar edilərək götürülüb.

Faktlarla bağlı Bərdə RPŞ-də araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti