Bakı. Trend:
İranda 5,9 bal gücündə zəlzələ baş verib.
Trend Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən xəbər verir ki, yeraltı təkanların episentri Xoy şəhərindən 8 kilometr cənub-qərbdə, ocağı isə 15 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Trend-ə bildirilib ki, yerli vaxtla saat 22:14-də Naxçıvan stansiyasında 108 km cənub-qərbdə, İranın Xoy şəhərində 6,2 bal gücündə zəlzələ qeydə alınıb. Zəlzələ Naxçıvan MR-də 3-5 bala qədər hiss olunub.