...

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 1 498-ə çatdı

Hadisə Materials 6 Fevral 2023 18:25 (UTC +04:00)
Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 1 498-ə çatdı

Bakı. Trend:

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 1 498-ə, yaralananların sayı isə 8 533-ə yüksəlib.

Trend Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Xatırladaq ki, bu gün Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.

Son məlumatlara görə, zəlzələ nəticəsində 1 498 nəfər həyatını itirib, 8 533 nəfər yaralanıb, 2 834 bina dağılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti