Bakı. Trend:
Bakıda beşmərtəbəli yaşayış binasında yanğın baş verib.
Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyindən bildirilib.
"112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Ramiz Quliyev küçəsində yerləşən beşmərtəbəli yaşayış binasındakı mənzildə yanğın olması barədə ilkin məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.