...

Masallıda qanunsuz tikilinin qarşısı alınıb (FOTO/VİDEO)

Hadisə Materials 23 Fevral 2023 12:20 (UTC +04:00)
Masallıda qanunsuz tikilinin qarşısı alınıb (FOTO/VİDEO)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Masallıda qanunsuz tikilən obyekt sökülüb.

Bu barədə Trend-ə FHN-in Mətbuat Xidmətindən məlumat verilib.

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Dövlət Yanğın Nəzarəti Xidməti Masallı şəhərinin Digah yaşayış massivində müvafiq icazəverici sənədlər olmadan, o cümlədən yanğın təhlükəsizliyinə dair normativ sənədlərin tələbləri pozulmaqla tikinti işlərinin aparılması faktı aşkar edib.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən həyata keçirilən müvafiq tədbirlər nəticəsində qanunsuz tikinti işlərinin qarşısı alınıb və obyekt sökülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti