...

Mingəçevirdə 12 gün əvvəl itkin düşən 90 yaşlı kişinin meyiti tapıldı

Hadisə Materials 28 Mart 2023 10:45 (UTC +04:00)
Mingəçevirdə 12 gün əvvəl itkin düşən 90 yaşlı kişinin meyiti tapıldı
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Mingəçevirdə itkin düşən 90 yaşlı kişinin meyiti tapılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, martın 16-da itkin düşən Mingəçevir şəhər sakini, 1933-cü il təvəllüdlü Eyvazov Əliş Məmmədhüseyn oğlunun meyiti bu gün səhər saatlarında Mingəçevir şəhəri ərazisində tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti