...

Bakıda 6 nəfərə 200 min manat dələduzluq edən şəxsə hökm oxundu

Hadisə Materials 7 Aprel 2023 14:38 (UTC +04:00)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtda külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Valeh Tağıyevin işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə V.Tağıyev 7 il 6 ay azadlıqdan məhrum edilib.

Qeyd edək ki, V.Tağıyev 6 nəfərə qarşı 200 min manatdan çox dələduzluq edib.

Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti