...

Azərbaycan Ordusunun hərbi qulluqçusu vəfat edib

Hadisə Materials 20 Aprel 2023 18:33 (UTC +04:00)
Azərbaycan Ordusunun hərbi qulluqçusu vəfat edib

Bakı. Trend:

Azərbaycan Ordusunun hərbi qulluqçusu vəfat edib.

Trend xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında “Sağ orta beyin arteriyasının trombozu nəticəsində işemik insult, birincili trombofiliya, serebral koma tərəqqi edən poliorqan çatışmazlığı” diaqnozu ilə uzun müddət müalicə alan Azərbaycan Ordusunun hərbi qulluqçusu İsmayılov Pənah Pərviz oğlu vəfat edib.

“Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir”, - deyə məlumatda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti