...

Dedi ki, Rəşad çaşsa, onu vuracam - Rəşad Dağlının məhkəməsindən

Hadisə Materials 1 May 2023 16:53 (UTC +04:00)
Dedi ki, Rəşad çaşsa, onu vuracam - Rəşad Dağlının məhkəməsindən
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtda qətl törətməkdə təqsirləndirilən meyxanaçı Rəşad Dağlının (Əmirov) cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Trend-in məlumatına görə, hakim Leyla Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunub. Daha sonra zərərçəkmiş şəxsin hüquqi nümayəndəsi Etibar Mehdiyev ifadə verib. O bildirib ki, qardaşı İsgəndər Mehdiyev hadisədən 10, gün əvvəl həbsxanadan çıxıb.

Heç bir yerdə işləmirdi, bizimlə bir evdə yaşayırdı. Hadisədən bir gün əvvəl İsgəndər Rəşadla telefonla danışdı. Əsəbi idi. Mənə dedi ki Rəşad haqqında xoşagəlməz ifadələr işlədirlər. Üzdəniraq söhbətidir. Gecə saat 4-ə qədər bir yerdə idik. Sonra dedi ki, Rəşadla görüşüb gedirəm adam var onun yanına. Dedi ki, Rəşad çaşsa, onu vuracam. Amma necə vuracaq onu demədi.

"Rəşada qohumluğumuz olmasa da, yaxın idik, münasibətimiz olub. İsgəndərin uşaq vaxtı başına həyətdə darvaza düşmüşdü, travma almışdı. Ona görə də bir az əsəbi idi. Həmin gecə saat 4-də dedi ki Rəşadla söhbətə gedir. Demədi ki, Rəşadla problemi var. Mən də soruşmadım. Rəşadla əsəbi danışdı. Bilmirəm gedəndə üstündə bıçaq götürmüşdü ya yox. Amma mən onda bıçaq görməmişəm. Ola bilər ki, evdə stolun üstündə bıçaq olar, əlini atıb onu götürər ya yox. Amma mən görməmişəm.

Rəşaddan şikayətçi deyilik. Gərək olmayaydı, amma olub",-zərərçəkmişin hüquqi nümayəndəsi qeyd edib".

İttihama münasibət bildirən təqsirləndirilən şəxs Rəşad Dağlı bildirib ki, o hadisədə özünü qismən təqsirli bilir, soyuq silah gəzdirmək ittihamını qəbul etmir.

Məhkəmə prosesi mayın 19-da davam edəcək.

Xatırladaq ki, Rəşad Dağlı ötən il noyabrın 9-da Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində qonşusu - 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyevi maşınında bıçaqla qətlə yetirməkdə təqsirləndirilir. Hadisəni törədən meyxanaçı könüllü olaraq polisə təslim olub.

Onun barəsində Cinayət Məcəlləsinin 120.1-ci( qəsdən adam öldürmə) və 228.4-cü (qanunsuz silah saxlama) maddələri ilə yekun ittiham irəli sürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti