...

Bakıda quru otluq sahədə baş verən yanğın söndürülüb (FOTO/VİDEO) (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 5 Avqust 2023 18:44 (UTC +04:00)
Bakıda quru otluq sahədə baş verən yanğın söndürülüb (FOTO/VİDEO) (ƏLAVƏ OLUNUB)

Bakı. Trend:

Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində açıq sahədə yanğın baş verməsi barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) “112" qaynar telefon xəttinə daxil olmuş məlumat əsasında dərhal əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

FHN-in mətbuat xidmətindən Trend-ə bildiriblər ki, havanın küləkli olmasına baxmayaraq, yanğınsönsürənlərin səyi ilə yanğın geniş əraziyə yayılmasına imkan verilmədən 20 dəqiqə ərzində məhdudlaşdırılmaqla, qısa müddətdə tam söndürülüb.

Yanğın nəticəsində təxminən 1,5 hektar sahədə quru ot, kol-kos və dəmir yolu şpalları yanıb. Ətraf ərazilər, o cümlədən yaxınlıqdakı tikililər və kommunikasiya xətləri yanğından mühafizə edilib.

xxx

17:17

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində quru otluq sahədə yanğın olması barədə ilkin məlumat daxil olub.

Trend xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti