Bakı. Trend:
Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 100 m² olan taxta konstruksiyadan ibarət tikilinin (sex kimi fəaliyyət göstərir) yanar konstruksiyaları və içərisinə yığılan 5 m³ taxta materiallar yanıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, bitişik evlər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.