...

Sumqayıtda usta faciəvi şəkildə öldü - Cinayət işi açıldı

Hadisə Materials 20 Sentyabr 2023 17:15 (UTC +04:00)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Sumqayıtda usta işlədiyi binadan yıxılaraq ölüb.

Trend xəbər verir ki, Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Hadisə sentyabrın 19-u saat 10 radələrində Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində qeydə alınıb.

Tikilməkdə olan çoxmərtəbəli binanın 9-cu mərtəbəsində usta kimi işləyən Taleh Həmidovun hündürlükdən yıxılması nəticəsində almış olduğu xəsarətlərdən ölməsi faktı ilə bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanılmaqla ibtidai istintaq aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti