...

Sabunçuda bıçaqlanma olub

Hadisə Materials 17 Yanvar 2024 10:29 (UTC +04:00)
Sabunçuda bıçaqlanma olub
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Yanvarın 17-də gecə saatlarında Məhəmmədi qəsəbəsi ərazisindən bir nəfərin kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi barədə polisə məlumat daxil olub.

DİN-dən Trend-ə verilən xəbərə görə, Sabunçu RPİ 15-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən qəsəbə sakini Şahin Əliyev müəyyən olunaraq saxlanılıb.

Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti