...

Şərurda ölümlə nəticələnən yol hadisəsi baş verib

Hadisə Materials 22 İyun 2024 11:55 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Trend xəbər verir ki, hadisə gecə saatlarında rayonun Yuxarı Aralıq kəndində qeydə alınıb.

Belə ki, "VAZ 2106" markalı avtomobillə "Mercedes" markalı avtomobil toqquşub. Hadisə nəticəsində Yuxarı Aralıq kənd sakini, 2007-ci il təvəllüdlü Hüseynov Nihat Razi oğlu ölüb. "VAZ 2106" markalı avtomobildə olan digər iki sərnişin - Vərməziyar kənd sakini, 2005-ci il təvəllüdlü Əsquliyev Səbuhi Niyaz oğlu və Yuxarı Aralıq kənd sakini, 2007-ci il təvəllüdlü Əliyev Rza Elşən oğlu xəsarət alıblar.

Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilən yaralıların vəziyyəti orta ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti