...

Sumqayıtda 2 nəfər dənizə düşüb, onlardan biri xilas edilib

Hadisə Materials 26 İyun 2024 19:51 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Sumqayıt şəhərində bulvara yaxın ərazidə 2 nəfərin dənizə düşməsi barədə məlumat daxil olub.

Nazirlikdən Trend-ə verilən, məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunublar.

Həyata keçirilən tədbirlər nəticəsində batma təhlükəsi ilə üzləşən vətəndaşlardan birinin yeri müəyyən olunaraq ("Sumqayıt" sularda xilasetmə məntəqəsindən təqribən 1 km aralı) xilas olunması təmin edilib. Digər şəxsin axtarışları davam etdirilir.

Əlavə məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti