Bakı. Trend:
Naftalan şəhərində istixana ərazisində ümumi sahəsi 1000 m² olan birmərtəbəli inzibati binanın sahəsi 50 m² olan 1 otağının plastik pəncərə çərçivəsi və içərisində olan əşyalar qismən yanıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, yüksək temperaturdan lambirdən ibarət tavanı əriyib. Bina yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.