...

Bakıda evdən 8 min manatlıq qızıl oğurlandı

Hadisə Materials 20 Sentyabr 2024 10:27 (UTC +04:00)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsində oğurluq olub.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, qəsəbə ərazisində bir həyətdən 2000 manat dəyərində darvaza, digər həyətdən 700 manat dəyərində su çəni, bir evdən isə 8000 manat dəyərində qızıl-zinət və məişət əşyalarının oğurlanması barədə polisə məlumatlar daxil olub.

Sabunçu Rayon Polis İdarəsi 14-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməllərini törətməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 38 yaşlı T.Əhmədov və əvvəllər oğurluq və narkotik cinayətlərinə görə məhkum olunmuş 26 yaşlı A.Hacızadə müəyyən olunaraq saxlanılıblar.

Faktlarla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti