...

Hacıqabulda əməliyyat zamanı 1 kq-a yaxın heroin aşkarlanıb - DİN

Hadisə Materials 1 Oktyabr 2024 10:05 (UTC +04:00)
Hacıqabulda əməliyyat zamanı 1 kq-a yaxın heroin aşkarlanıb - DİN
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən tədbirlər zamanı Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Aslan İsmayılov saxlanılıb.

Trend xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

Bildirilib ki, onun üzərinə keçirilən baxış zamanı 1 kiloqrama yaxın heroin, metamfetamin və marixuana aşkarlanıb.

Faktla bağlı Hacıqabul RPŞ-də cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Xəbər lenti

Xəbər lenti