Bakı. Trend:
Oktyabrın 13-də axşam saatlarında Yasamal rayonu ərazisində 1987-ci təvəllüdlü A.İbrahimovun bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub.
Trend-in məlumatına görə, bu barədə DİN-in mətbuat xidmətinin əməkdaşı, polis baş-leytenantı İbrahim Əmiraslanlı bildirib.
Hadisə ilə bağlı təhqiqat araşdırmaları və əməliyyat tədbirləri davam etdirilir.
Əlavə məlumat veriləcək.