Bakı. Trend:
Gəncədə qətl hadisəsi baş verib.
Trend xəbər verir ki, Gəncə şəhər Baş Polis İdarəsinə Daşkəsən rayon sakini 1980-ci il təvəllüdlü Şəmistan Süleymanovun kəsici-deşici alətlə qətlə yetirilməsi ilə bağlı məlumat daxil olub.
Polis əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçirib.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən 1971-ci il rəvəllüdlü Nəsimi Mustafayev saxlanılıb.
Faktla bağlı prokurorluqda araşdırma aparılır.