Bakı. Trend:
Abşeronda zavodda iki Hindistan vətəndaşının xəsarət alması, nəticədə birinin ölməsi ilə bağlı araşdırma aparılır.
Bu barədə Trend-ə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
"Yanvarın 13-də saat 8 radələrində Abşeron rayonu Pirəkəşkül qəsəbəsi ərazisində külək turbinlərinin quraşdırma işləri zamanı 2003-cü il təvəllüdlü Hindistan vətəndaşı Harı Prakashinin almış olduğu xəsarətlərdən xəstəxanada ölməsi, həmyerlisi 1982-ci il təvəllüdlü Thattaru Padikkalın isə xəsarətlər alaraq xəstəxanaya yerləşdirilməsi faktı ilə bağlı Abşeron rayon prokurorluğunda araşdırma aparılır", - məlumata qeyd olunub.