...

Sürücülük hüququ olmayan şəxs narkotik vasitənin təsiri altında taksidə işləyib (VİDEO)

Hadisə Materials 24 Fevral 2025 10:45 (UTC +04:00)
Sürücülük hüququ olmayan şəxs narkotik vasitənin təsiri altında taksidə işləyib (VİDEO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Sürücülük hüququ olmadan taksi fəaliyyəti ilə məşğul olan şəxsin narkotik aludəçisi olduğu üzə çıxıb.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, “Mercedes” markalı avtomobilin sürücüsü Ağaseyid Ağayev Baş Dövlət Yol Polisi İdarəsinin YPX Alayının əməkdaşları tərəfindən stasionar postda saxlanılıb:

"Sənədlərin yoxlanılması zamanı taksi fəaliyyəti ilə məşğul olduğunu bildirən sürücünün nəqliyyat vasitəsini idarə etmək hüququnun olmadığı aşkarlanıb. Bununla yanaşı, hərəkətləri şübhə doğurduğundan o, tibbi müayinədən keçməyə dəvət olunub. Müayinə zamanı narkotik vasitə qəbul etməsi təsdiq olunan A.Ağayev məhkəmənin qərarı ilə 15 gün müddətində inzibati qaydada həbs edilib".

Baş Dövlət Yol Polisi İdarəsi narkotik vasitələrin təsiri altında sükan arxasına əyləşərək digər hərəkət iştirakçılarının həyatına təhlükə yaradan şəxslərdən hüquqazidd əməllərə son qoymağı tələb edir və bu kimi hallara qarşı daha kəsərli tədbirlərin görüləcəyini bildirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti