...

Bu ərazilərdən quşçuluq məhsullarının idxalına müvəqqəti məhdudiyyət qoyulub

Hadisə Materials 4 Mart 2025 13:13 (UTC +04:00)
Bu ərazilərdən quşçuluq məhsullarının idxalına müvəqqəti məhdudiyyət qoyulub
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, Şimali İrlandiyanın Orta Olster bölgəsində, Amerika Birləşmiş Ştatlarının isə Pensilvaniya və Kolorado ştatlarında yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA)məlumat yayıb.

Bildirilib ki, Respublika ərazisinin bu yoluxucu xəstəlikdən qorunması üçün qeyd olunan ərazilərdə zonalaşma prinsipi nəzərə alınmaqla, xəstəlik baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədə yerləşən müəssisələrdən diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının, quş yemləri və quş üçün yem əlavələrinin, quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq müvəqqəti məhdudiyyət tətbiq olunub.

"Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət ünvanlanıb",- deyə məlumatda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti