...

Polis Binəqədi rayonunda 2 “Kalaşnikov” avtomatı aşkar edib

Hadisə Materials 6 Mart 2025 10:51 (UTC +04:00)
Polis Binəqədi rayonunda 2 “Kalaşnikov” avtomatı aşkar edib
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların əməliyyat yolu ilə aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.

Trend xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Binəqədi RPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri növbəti tədbir nəticəsində rayon ərazisində 2 avtomat silahı və 33 patron tapılaraq götürülüb.

Araşdırmalar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti