...

Ağcabədidə avtomobil aşdı: xəsarət alan var

Hadisə Materials 7 Mart 2025 17:43 (UTC +04:00)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Ağcabədi. Trend:

Ağcabədidə avtomobil aşıb.

Trend-in yerli müxbirinin əldə etdiyi məlumata görə, rayonun Boyat kəndi ərazisində qeydə alınan hadisə nəticəsində avtomobilin sürücüsü xəsarət alıb.

Belə ki, 1993-cü il təvəllüdlü İbrahimli Murad Akif oğlu idarə etdiyi avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək avtomobili aşırıb.

Nəticədə avtomobilin sürücüsü M.İbrahimli müxtəlif dərəcəli bədən xəsarətləri alaraq təcili yardım avtomobili ilə Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti