...

BDYPİ sürücülərə müraciət edib (FOTO)

Hadisə Materials 16 Mart 2025 11:44 (UTC +04:00)
BDYPİ sürücülərə müraciət edib (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən gün saat 21:14 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Müşfiqabad qəsəbəsi ərazisində Fərid İsmayılovun idarə etdiyi “Toyota Prius” markalı avtomobil beton konstruksiyalı arakəsməyə çırpılıb. Nəticədə sürücü hadisə yerində həyatını itirib. İlkin məlumata əsasən, qəzanın sürücünün səhhətində yaranan problemdən qaynaqlandığı ehtimal olunur.

Trend-in məlumatına görə, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

“Baş Dövlət Yol Polisi İdarəsi son vaxtlar analoji hadisələrin sayının artmasını nəzərə alaraq, sürücülərdən səhhətində ciddi problemlər olduqda sükan arxasına əyləşməmələrini xahiş edir. Eyni zamanda, ailələrdən ağır xəstəliyi olan sürücülərə qarşı barışmaz mövqe tutmalarını və onların özlərinin və digər yol hərəkəti iştirakçılarının həyatını təhlükəyə atmamalarını istəyir”, - bildirilir.

Xəbər lenti

Xəbər lenti