...

Ağdamdakı ağır yol qəzasında xəsarət alanların kimliyi məlum olub (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 17 Mart 2025 21:24 (UTC +04:00)
Ağdamdakı ağır yol qəzasında xəsarət alanların kimliyi məlum olub (ƏLAVƏ OLUNUB)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Ağdam. Trend:

Ağdamda baş verən qəzada xəsarət alanların kimliyi məlum olub.

Trend-in yerli müxbirinin əldə etdiyi məlumata görə, qəza zamanı xəsarət alanlar 1992-ci il təvəllüdlü Hacıyev Elvin Murad oğlu və 1998-ci il təvəllüdlü Soltanov Fərid Əlibala oğludur.

Yaralılar təcili tibbi yardım avtomobili ilə Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Xəsarət alanların azad olunmuş ərazilərdə fəaliyyət göstərən şirkət əməkdaşları olduğu bildirlir.

Yaralılar Bərdə Diaqnostika Mərkəzinə hospitalizasiya olunub.

Faktla bağlı araşdırma davam edir.

XXX

19:54

Ağdamda baş verən qəzada 2 nəfər xəsarət alıb.

Trend-in yerli müxbirinin əldə etdiyi məlumata görə, hadisə işğaldan azad olunmuş Sarıcalı kəndində baş verib.

Belə ki, hərəkətdə olan "Pikup” markalı avtomobil qarşıdan gələn "Ford" markalı avtomobillə toqquşub. Nəticədə 2 nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır, xəsarət alanların kimliyi araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti