...

Cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb - DİN

Hadisə Materials 19 Mart 2025 10:18 (UTC +04:00)
Cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb - DİN
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Martın 18-də ölkə ərazisində qeydə alınan 46, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Trend xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 129, o cümlədən borclu şəxs qismində axtarışda olan 94 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 30, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 15 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti