...

Ağdamda qəzada piyadanın ayağı qopdu

Hadisə Materials 19 Mart 2025 14:50 (UTC +04:00)
Ağdamda qəzada piyadanın ayağı qopdu
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Ağdam. Trend:

Ağdamda baş verən qəzada piyadanın ayağı qopub.

Trend-in yerli müxbirinin xəbərinə görə, hadisə rayonun Quzanlı qəsəbəsi ərazisində baş verib.

Hərəkətdə olan "KİA" markalı avtomobil yolu keçmək istəyən Ağdam rayon Mərzili kənd sakini Əliyev Vidadini vurub. Qəza nəticəsində V.Əliyevin sol ayağı diz nahiyəsindən qopub.

O, Bərdə Diaqnostika Mərkəzinə yerləşdirilib, vəziyyəti ağırdır.

V.Əliyev Ağdam Komunal Müəssisələri Kombinatı (QAMXOZ) əməkdaşıdır.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti