...

Bakı və Sumqayıtda oğurluq edənlər tutuldu

Hadisə Materials 20 Mart 2025 15:52 (UTC +04:00)
Bakı və Sumqayıtda oğurluq edənlər tutuldu
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Paytaxtın Sabunçu rayonunda yerləşən evlərin birindən 7830 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 31 yaşlı qadın müəyyən olunaraq saxlanılıb.

Sumqayıtda da oxşar hadisə baş verib. Şəhər ərazisindəki evlərin birindən 2500 manat pulu və qızıl-zinət əşyasını oğurlamaqda şübhəli bilinən, əvvəllər narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş 34 yaşlı X.Cəlilov polis əməkdaşları tərəfindən saxlanılıb. Ondan narkotik vasitə olan heroin də aşkar olunaraq götürülüb.

Suraxanı rayonunda isə bir avtomobildən 800 manat pul, 2 ədəd mobil telefon və sənədlər oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 39 yaşlı T.Mehtiyev müəyyən olunaraq saxlanılıb. Araşdırmalarla onun axtarışda olması da məlum olub. Araşdırmalar davam etdirilir.

Xəbər lenti

Xəbər lenti