...

Beyləqanda güclü külək yas çadırını uçurdu (FOTO/VİDEO)

Hadisə Materials 20 Mart 2025 17:12 (UTC +04:00)
Beyləqanda güclü külək yas çadırını uçurdu (FOTO/VİDEO)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Bakı. Trend:

Beyləqanda ötən gün əsən güclü külək yas çadırını uçurub.

Trend xəbər verir ki, hadisə rayonun İmamverdilər kəndində baş verib.

Vəfat edən kənd sakini, 1967-ci il təvəllüdlü Eldar Hacıyev üçün qurulan yas çadırını əsən güclü külək uçurub.

Nəticədə qurulan çadırın dəmir ayaqları evin üzərinə düşərək evin üstündəki şiferləri sınıdırıb, çadırlar yararsız hala düşüb.

Xəbər lenti

Xəbər lenti