Bakı. Trend:
28.03.2025-ci il tarixində saat 10:30 radələrində 6 nəfər (1-i kişi, 5-i qadın cinsli) Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə Trend-in sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, müxtəlif bədən xəsarətləri alan şəxslərə zəruri tibbi yardımlar göstərilib. Vəziyyəti qənaətbəxş olan 1 nəfər ambulator müalicə üçün evə buraxılıb.
"Hazırda 4 nəfərin müalicəsi davam etdirilir. 1 nəfərin vəziyyəti orta ağır, digərlərinin vəziyyətləri isə stabil qiymətləndirilir", - deyə TƏBİB-dən bildirilib.
XXX
11:56
Yevlaxda mikroavtobusla minik maşını toqquşub, xəsarət alanlar var.
Trend-in əldə etdiyi məlumata görə, hadisə Xaldan qəsəbəsi ərazisində qeydə alınıb.
Mikroavtobusla "VAZ" markalı avtomobilin toqquşması nəticəsində azı 5 nəfər xəsarət alıb.
Zərərçəkənlər Mingəçevir Mərkəzi Şəhər Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.