Bakı. Trend:
Ağsu rayonunda baş verən yol qəzasında xəsarət alanların vəziyyəti açıqlanıb.
Trend xəbər verir ki, 28.03.2025-ci il tarixində saat 14:00 radələrində Ağsu Rayon Mərkəzi Xəstəxanasına 7 (2 qadın cinsli, 5 kişi cinsli) nəfər hospitalizasiya olunub.
Müxtəlif növ bədən xəsarətləri alan şəxslərə zəruri tibbi yardımlar göstərilib. Vəziyyəti qənaətbəxş olan 5 nəfər ambulator müalicə üçün evə buraxılıb.
Hazırda 2 nəfərin müalicəsi tibb müəssisəsinin müvafiq şöbəsində davam etdirilir. Vəziyyətləri stabildir.
Xatırladaq ki, 28 mart 2025-ci il tarixdə Ağsu rayonu Bənəcik kəndində yaşayan 1972 ci il təvəllüdlü, Nəsrullayev Süleyman Məhəmməd oğlunun idarə etdiyi Dayvo Damas markalı 99-UE-469 dövlət qeydiyyat nömrə nişanlı avtomobil, Ağsu rayonu Ərəbuşağı kəndində yaşayan 2002-ci il təvəllüdlü Bağırov Cahid Cabir oğlunun idarə etdiyi vaz 2106 markalı 06-BH-024 dövlət qeydiyyat nömrə nişanlı avtomobil, Ağsu rayonu Çaparlı kəndində yaşayan 1978-ci il təvəllüdlü Şahbazov Ramil Qurban oğlunun idarə etdiyi Opel astra markalı 77-HM-563 dövlət qeydiyyat nömrə nişanlı avtomobil və Ağsu rayonu Xanbulaq kəndində yaşayan 1984-cü il təvəllüdlü İbrahimov Qənbər Mustafa oğlunun idarə etdiyi kamaz markalı 41-BA- 941 dövlət qeydiyyat nömrə nişanlı avtomobillər toqquşub.
Qəza zamanı sərnişinlər Ağsu rayonu Çaparlı kəndində yaşayan 12.03.1998-ci il təvəllüdül, Qurbanov Qurban Elman oğlu, 18.01.2016-cı il təvəllüdlü Salmanzadə Zeynəb Xəqani qızı , 20.07.2022-ci il təvəllüdlü Salmanov Əbilfəz Xəqani oğlu və sürücülər 14.01.1978-ci il təvəllüdlü Şahbazov Ramil Qurban oğlu, 19.12.1972-ci il təvəllüdlü Nəsrullayev Süleyman Məhəmməd oğlu, 10.10.2002-ci il təvəllüdlü Bağırov Cahid Cabir oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ağsu rayon Mərkəzi xəstəxanasına yerləşdiriliblər.
DİN- in Mətbuat Xidmətinin Şəki Regional qrupundan Trend-in sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı Ağsu rayon polis şöbəsində araşdırma aparılır.