...

Paytaxtın bu ərazisində qəza: sıxlıq yaranıb (FOTO)

Hadisə Materials 22 İyul 2025 16:53 (UTC +04:00)
Paytaxtın bu ərazisində qəza: sıxlıq yaranıb (FOTO)
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

Nizami rayonu, Heydər Əliyev prospekti, “Koroğlu” körpüsünün üzərində yol-nəqliyyat hadisəsi baş verib. Qəza səbəbindən mərkəz istiqamətində nəqliyyat sıxlığı yaranıb.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Polis əməkdaşları hadisə yerindədir və evakuator cəlb olunaraq yolun hərəkət hissəsinə aşan nəqliyyat vasitəsinin yoldan kənarlaşdırılması, eləcə də sıxlığın aradan qaldırılması üçün işlər görülür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti