Bakı.Trend:
Paytaxtın Yasamal rayonu ərazisində yerləşən yarımtikilidə narkotik aludəçilərinin sosial şəbəkələrdə yayılan görüntüləri polis əməkdaşları tərəfindən araşdırılıb.
DİN Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli Trend-ə bildirib ki, tədbirlərlə həmin şəxslər müəyyən olunub.
Əvvəllər də məhkum olunan – Günel Məmmədova, Nurlan Mustafalı, Günay Babayeva və Orxan Haqverdiyev saxlanılaraq məsuliyyətə cəlb ediliblər.