...

Ağcabədidə polis 14 kiloqram marixuana və həşiş aşkarladı (VİDEO)

Hadisə Materials 5 Avqust 2025 12:17 (UTC +04:00)
Ağcabədidə polis 14 kiloqram marixuana və həşiş aşkarladı (VİDEO)
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçirilib.

Trend xəbər verir ki, tədbir zamanı rayon sakinləri Babək Ələkbərov, Samir Qədirov və qardaşı Ceyhun Qədirov qeyd edilən cinayət əməlində şübhəli bilindikləri üçün saxlanılıblar.

Onlardan 10 kiloqrama yaxın marixuana və 4 kilqoramdan artıq həșiş aşkarlanıb. Saxlanılan şəxslər ifadələrində narkotik vasitələri satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.

Faktla bağlı cinayət işi başlanılıb, adıçəkilən şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti