...

Beyləqanda qəzada xəsarət alanların SON VƏZİYYƏTİ (YENİLƏNİB)

Hadisə Materials 30 Oktyabr 2025 19:43 (UTC +04:00)
Beyləqanda qəzada xəsarət alanların SON VƏZİYYƏTİ (YENİLƏNİB)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Beyləqan. Trend:

30.10.2025-ci il tarixdə saat 16:00 radələrində Beyləqan rayonunda avtoqəza hadisəsi səbəbilə 4 nəfər (kişi) Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Bu barədə Trend-in sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilir ki, onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin olunub.

"1981-ci il və 1997-ci il təvəllüdlü şəxslərə zəruri tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar. Digər xəsarət alan şəxslərin müalicəsi isə Beyləqan Rayon Mərkəzi Xəstəxanasında davam etdirilir. Vəziyyətləri kafidir", - qurumdan vurğulanıb.

xxx

18:55

Beyləqanda qəza zamanı 4 nəfər xəsarət alıb.

Trend-in Qarabağ bürosunun xəbərinə görə, yol nəqliyyat hadisəsi rayonun Daşburun qəsəbəsi ərazisində baş verib.

Belə ki, hərəkətdə olan "Mercedes markalı avtomobil qarşıdan gələn "KİA" markalı avtomobil ilə toqquşub. Nəticədə avtomobildə olan 4 nəfər 1961-ci il təvəllüdlü Nuriyev Tahir İsmayıl oğlu, 1997-ci il təvəllüdlü İbrahimov Raliz Yusif oğlu, 1997-ci il təvəllüdlü Məmmədov Bəhlul Qüdrət oğlu və 1980-ci il təvəllüdlü Qasımov Rəşad Zahid oğlu müxtəlif dərəcəli xəsarət alaraq Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır

Məqalədə:
Xəbər lenti

Xəbər lenti