...

Sumqayıtda avtomobil təmiri sexindəki yanğın söndürüldü (YENİLƏNİB)

Hadisə Materials 26 Yanvar 2026 17:48 (UTC +04:00)
Sumqayıtda avtomobil təmiri sexindəki yanğın söndürüldü (YENİLƏNİB)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, Çerkassi küçəsində obyektdə yanğın baş verməsi barədə məlumat daxil olub.

Trend xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt Şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının ümumi sahəsi 1800kv.m. olan ikimərtəbəli müxtəlif təyinatlı obyektlərin yerləşdiyi tikilinin ikinci mərtəbəsində yerləşən idman zalında baş verdiyi və yayılma riskinin yüksək olduğu müəyyən edilib.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə, o cümlədən tikilinin birinci mərtəbəsində yerləşən avtomobil təmiri sexləri və kafeyə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 400kv.m. olan idman zalının yanar konstruksiyaları 70kv.m. sahədə yanıb və 200kv.m. sahədə tavanı deformasiya edib.

İdman zalının qalan hissəsi, avtomobil təmiri sexləri, təmirə dayanmış avtomobillər və kafe yanğından mühafizə olunub.

Xəsarət alan olmayıb.

xxx

17:29

Sumqayıt şəhərində avtomobil təmiri sexlərindən birində başlayan yanğın söndürülüb.

Bu barədə Trend-ə FHN-dən məlumat verilib.

Qeyd edilib ki, yanğının başvermə səbəbi araşdırılır.

xxx

17:19

Sumqayıt şəhərində yerləşən avtomobil təmiri sexində yanğın başlayıb.

Bu barədə Trend-ə FHN-in mətbuat xidmətindən bildirilib.

Bildirilir ki, məlumatla əlaqədar hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə briqadası cəlb olunub.

Yanğının söndürülməsi istiqamətində işlər görülür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti