...

Gəncədə 25 yaşlı gəncin öldürülməsi ilə bağlı cinayət işi başlanıldı

Hadisə Materials 3 Fevral 2026 09:59 (UTC +04:00)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Fevralın 3-də 2001-ci il təvəllüdlü Röyal Məmmədovun xəsarətlər alması, yerləşdirildiyi xəstəxanada ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Trend xəbər verir ki, bu barədə Gəncə şəhər prokurorluğu məlumat yayıb.

Bildirilir ki, ilkin araşdırmalarla cinayətin 1988-ci il təvəllüdlü Murad Hacıyev tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, M.Hacıyev prokurorluq tərəfindən iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti