...

Basman bazarının damının uçması nəticəsində həlak olanların şəxsiyyətinin müəyyən edilməsi prosesi davam edir

Hadisə Materials 24 Fevral 2006 15:13 (UTC +04:00)

Fevralın 23-də Moskvada Basman bazarının damının uçması nəticəsində həlak olanların və yaralıların şəxsiyyətinin müəyyən edilməsi prosesi davam edir. Bu barədə Trend ə Azərbaycanın Rusiyadakı səfirliyində bildirilib.

Səfirlikdə operativ qərargah yaradılıb və qərargahın nümayəndələri həlak olanların və yaralıların şəxsiyyətinin müəyyən edilməsi və müvafiq yardım göstərilməsi üçün yerlərdə (meyitxana, xəstəxana və s.) olurlar. Qərargahda hələlik hadisə qurbanlarının sayı haqqında son məlumatlar toplanıb və uçqunun altından çıxarılmış cəsədlərin şəxsiyyətinin müəyyən edilməsi prosesi davam etdirilir. Cəsədlərin Bakıya nə vaxt göndəriləcəyi hələlik məlum deyil.

Moskva şəhər icra orqanlarının həlak olanların ailələrinə 100 min rubl həcmində kompensasiya verilməsi və cəsədlərin vətənə göndərilməsinin maliyyələşdirməsini bəyan etməsinə baxmayaraq Azərbaycan tərəfi özü bu məsələlərin həlli ilə məşğul olur.

Fevralın 24-də, səhər verilən məlumata görə, hələlik faciə zamanı həlak olmuş 12 azərbaycanlının cəsədi müəyyən edilib. Qeyri-dəqiq məlumatlara görə, Moskva xəstəxanalarında azərbaycanlı olan təxminən 20 yaralı vardır.

Xəbər lenti

Xəbər lenti