...

Əsgər öz xidməti avtomatından təsadüfən açılmış atəş nəticəsində həlak olub

Hadisə Materials 7 Aprel 2006 18:06 (UTC +04:00)

Aprelin 6-da Lənkəran şəhərindəki N saylı Hərbi Hissədə təsadüf nəticəsində açılmış atəş nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Faiq İslam oğlu Məmmədov həlak olub. Bu barədə Trend ə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis əvəzi İlqar Verdiyev məlumat verib.

1983-cü il təvəllüdlü Faiq Məmmədov 2005-ci ilin iyul aynıda Bakı şəhəri Sabunçu rayon hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. Onun öz xidməti avtomatı ilə səhlənkar davranması nəticəsində qəfil atəş açılıb.

Ölüm faktına görə Lənkəran Şəhər Hərbi Prokurorluğunda araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti