...

Hacıqabul rayon Prokurorluğu mazut vaqonlarının aşması faktını araşdırır

Hadisə Materials 6 İyun 2006 12:27 (UTC +04:00)

İyunun 5-də Azərbaycan dəmir yolunun Hacıqabul rayonu ərazisindəki hissəsində baş vermiş qəza ilə bağlı Hacıqabul rayon Prokurorluğunda araşdırma aparılır. Bu barədə Trend ə Hacıqabul rayon prokurorunun köməkçisi Çingiz Mövsümov məlumat verib.

Ç.Mövsümovun sözlərinə görə, Bakı-Böyükkəsik dəmiryolu xəttinin 403-cü kilometrliyində (Hacıqabul rayonu ərazisindən keçən hissədə) mazutla doldurulmuş yük qatarının teplovozu və 14 vaqonu yoldan çıxaraq aşıb. Nəticədə vaqonlarda olan xam neft dəmiryolunun ətrafına tökülərək gölməçələr əmələ gətirib. Teplovozun maşinisti Rasim Baloğlanov isə yüngül xəsarətlərlə rayon mərkəzi xəstəxanasına aparılıb.

Hacıqabul rayon prokurorluğunda aparılan araşdırmalar nəticəsində əgər hadisənin maşinistin səhlənkarlığı üzündən baş verliyini müəyyən etsə, o zaman Rasim Baloğlanov cinayət məsuliyyətinə cəlb olunacaq.

"Hələliksə əməkdaşlarımız və mütəxəssislər hadisə yerinin müayinəsi ilə məşğuldurlar, ekspertizalar keçirilir. Hər şey ekspertizanın nəitcəsindən asılı olacaq" - deyə prokuror köməkçisi bildirib.

Hadisə yerində gölməçələr əmələ gəldiyi üçün hər hansı səbəbdən baş verə biləcək yanğın təhlükəsinin qarşısını almaq məqsədilə həmin ərazi nəzarətə götürülüb.

Xəbər lenti

Xəbər lenti