İyunun 12-də yerli vaxtla saat 21.21-da Bakının 75 km şimal-qərbində 12 ballıq şkala üzrə 4 bal gücündə zəlzələ baş verib. Bu barədə Trend ə Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmologiya Xidməti Mərkəzindən məlumat verilib.
Bakının müxtəlif ərazilərində 2,0-2,5 bal gücündə təkanlar hiss olunub. İtki və dağıntı yoxdur.