...

Donetsk yaxınlığında qəzaya uğramış "Pulkovo hava yolları"nın TU-154 təyyarəsi yaxşı işləyirdi

Hadisə Materials 23 Avqust 2006 10:58 (UTC +04:00)

Donetsk yaxınlığında qəzaya uğramış "Pulkovo hava yolları"nın TU-154 təyyarəsi yaxşı işləyirdi. Trend in RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə aviaşirkətin xarici əlaqələr üzrə baş direktorunun müavini Vasili Naletenko bəyan edib.

Onun sözlərinə görə, təyyarə 1992-ci ildə inşa edilib. Onun ehtiyatı 30 min saat təşkil edir, indiyədək uçuş məsafəsi isə 24 min 215 saat olub. Həm də sonuncu təmirdən sonra təyyarə 9 min 189 saat uçub.

O qeyd edib ki, ekipajın komandiri 9 min saatdan çox uçuşda olub, onlardan 3 min saatında ekipajın komandiri qismində çıxış edib.

Xəbər lenti

Xəbər lenti