...

Bakıda fəaliyyət göstərən "Erdal İnşaat" MMC-nin prezidenti saxlanılıb

Hadisə Materials 16 Aprel 2007 11:02 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K. Zərbalıyeva/ Yasamal Rayon Polis İdarəsinin 27-ci polis bölməsinin əməkdaşları Bakıda fəaliyyət göstərən "Erdal İnşaat" MMC-nin prezidenti, Türkiyə vətəndaşı Erdal Yılmazı və şəhər sakini Asif Vəliyevi saxlayıb. Daxili İlər Nazirliyinin mətbuat xidmətindən bazar ertəsi verilən məlumata görə, onlar vətəndaşların çoxsaylı şikayətləri əsasında saxlanılıblar. Aparılan araşdırmalar zamanı məlum olub ki, Yılmaz və Vəliyev 28 nəfər vətəndaşın etibarından sui-istifadə edərək, xarici ölkələrdən birində işlə təmin edəcəklərini vəd verməklə onlardan külli miqdarda pul alıblar. Saxlanılan şəxslərə qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi açılıb. Yasamal RPİ-nin istintaq şöbəsi araşdırmaları davam etdirir.

Xəbər lenti

Xəbər lenti