...

Azərbaycanın Gəncə şəhərində ruhi xəstə 15-ə yaxın şəxsə bədən xəsarəti yetirib

Hadisə Materials 10 May 2007 16:08 (UTC +04:00)

Azərbaycan, Gəncə / Trend müxbir V.Məmmədov/ Bu gün Azərbaycanın Gəncə şəhərinin Gülüstan qəsəbəsində yerləşən qocalar evində məskunlaşan Kəlbəcər qaçqınlarına hücum olub. Sakinlərin sözlərinə görə, hücum edən şəxs əlində olan dəmir parçası ilə 15-ə yaxın insana müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Binanın həyətindəki 15 maşının şüşələrini sındırıb.

"Hücum edən Kəlbəcər rayon vətəndaşı Sadıx Bəylərovdur. Ruhi xəstədir, müalicə alır. Onu saxlamaq mükün deyildi" - deyən zərərçəkən Nizami İmaməliyev bildirib ki, Bəylərovun zərbələri nəticəsində onun iki qabırğası sınıb.

Hadisə yerinə gələn Gəncə şəhər Nizami rayon Polis İdarəsinin əməkdaşları Bəylərovun qarşısını ala bilsələr də, o, polis maşınının şüşələrini də qırmağa müvəffəq olub. Polislər Bəylərovu Gəncə şəhər psixiatriya xəstəxanasına yerləşdiriblər. Xəstəxanadan verilən məlumata görə, Bəylərov həqiqətən də ruhi xəstədir və mütəmadi olaraq mülacə alır.

Gəncə şəhər Polis İdarəsindən isə bildiriblər ki, hazırda hadisə yerində araşdırma aparılır.

Azərbaycanın Gəncə şəhəri paytaxt Bakıdan 360 kilometr qərbdə yerləşir. Azərbaycanın ikinci ən böyük sənaye şəhəri sayılır. Əhalisi 400 minə yaxındır.

Xəbər lenti

Xəbər lenti