...

Şüvəlan qəsəbəsində ölümlə nəticələnən ağır cinayət hadisəsi törədilib

Hadisə Materials 23 İyun 2007 13:29 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Bakı şəhərinin Şüvəlan qəsəbəsinin ərazisində ölümlə nəticələnən ağır cinayət hadisəsi törədilib. Bu barədə şənbə günü Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, qəsəbədəki Əncirli bağlar sahəsində yaşayan İsmayıl Rəcəbov münaqişə zəminində dayısı Xudaverdi Cahangirovu qətlə yetirib.

Əzizbəyov rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Rəsəbov həbs edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb.

Xəbər lenti

Xəbər lenti