...

Bibiheybət mədənində ölümlə nəticələnən partlayışla bağlı iş məhkəməyə göndərilib

Hadisə Materials 10 Avqust 2007 11:26 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir K. Zərbalıyeva/ Bibiheybət Neft-Qazçıxarma İdarəsinin 3-cü mədənində baş vermiş partlayışla bağlı cinayət işinin istintaqı yekunlaşıb. Səbail Rayon Prokurorluğundan cümə günü Trend ə bildirilib ki, hadisə ilə bağlı iki nəfər təqsirləndirilir. Geofizika İdarəsinin əməkdaşları Aydın Babayev və Vahid Əhmədova Cinayət Məcəlləsinin 162.2-ci (ehtiyatsızlıqdan insan ölümünə səbəb olan əmək mühafizəsi qaydalarını pozma) maddəsilə ilə ittiham elan olunub. Cinayət işi baxılmaq üçün Səbail Rayon Məhkəməsinə göndərilib. Məhkəmədən Trend ə bildirilib ki, cinayət işi baxılması üçün hakim Rauf Əhmədovun icraatına verilib. İş icraata yeni daxil olduğundan hazırlıq iclasının vaxtı müəyyənləşdirilməyib.

Partlayış nəticəsində Mədən-Geodeziya Fizika İdarəsinin mühəndisləri Mirkazım Əsgərov və Elman Həsənov həlak olmuş, traktorçu Sülhəddin Əkbərov və operator Kərim Süleymanov isə xəsarət almışdı.

Xəbər lenti

Xəbər lenti