...

Uçmuş binanın dağıntıları altında hələ 15 nəfərin qaldığı ehtimal edilir

Hadisə Materials 31 Avqust 2007 12:45 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Bakının Naxçıvani və Muxtarov küçələrinin kəsişməsində tikilən və avqustun 28-də uçmuş 16 mərtəbəli binanın dağıntıları altında hələ 15 nəfərin qaldığı güman edilir. Bu barədə cümə günü jurnalistlərə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Tural Müseyibov məlumat verib.

Onun sözlərinə görə, FHN tərəfindən hadisə yerində yaradılmış operativ gərargaha əvvəlcə 20 nəfər ərizə ilə müraciət edərək yaxınlarının dağıntılar altında qaldığını bildirib. Lakin aparılan xilasetmə işləri nəticəsində daha 2 nəfərin meyiti dağıntılar altından çıxarılıb. Bir nəfər də hadisə yerinə gələrək, bildirib ki dağıntılar altında qalmayıb. İki nəfərin isə bina çökən zaman hadisə yerində olub-olmadığı hələ dəqiqləşdirilməyib: "Ona görə də hazırda 15 nəfərin dağıntılar altında qaldığı güman edilir".

Rəsmi məlumata görə, dağıntılar altından indiyədək 12 nəfərin cəsədi çıxarılıb, 5 nəfər yaralı vəziyyətdə xilas edilib.

Müseyibov dağıntılar altından sağ çıxarılan şəxslərin adını açıqlayıb. Bunlar Əvəzxan Axundov, Abbas Əhmədov, Vüqar Əfəndi, İbrahim İbrahimov və Teymur Əliyevdir.

Xəbər lenti

Xəbər lenti