...

Azərbaycan-İran sərhəddində İran vətəndaşı öldürülüb

Hadisə Materials 5 Sentyabr 2007 12:00 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir K.Zərbalıyeva/ Azərbaycan-İran sərhəddində İran vətəndaşı öldürülüb. Sərhəddi qanunsuz keçən İran vətəndaşları Azərbaycan sərhədçilərinin tabe ol əmrinə riayət etmədiyi üçün onlara xəbərdarlıq olunub. İranlılar sərhədçilərin xəbərdarlığına da əhəmiyyət verməyiblər. Sərhədçilərin açdığı atəş nəticəsində İran vətəndaşlarından biri həlak olub, digəri isə qaça bilib.

Məlumatı Respublika Hərbi Prokurorluğu təsdiqləyib.

Hərbi Prokurorluğun mətbuat xidmətinin rəhbəri Əfrahim Təhməzov Trend ə bildirib ki, İran vətəndaşlarının şəxsiyyətini hələlik müəyyənləşdirmək mümkün olmayıb. Faktla bağlı Lənkəran hərbi prokurorluğunda Cinayət Məcəlləsinin 318-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz keçmə) maddəsi ilə cinayət işi açılıb.

Xəbər lenti

Xəbər lenti